İnşaat və əmlak

Azərbaycanlılar bu ölkədə 4 ayda 374 mənzil alıblar

Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir.

“ENA” Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin Aprel ayında azərbaycanlılar Türkiyədə 87 mənzil alıblar. 2018-ci ilin Aprel ayında azərbaycanlılar Türkiyədə 68 mənzil almışdılar.

2019-cu ilin Yanvar-Aprel dövründə isə azərbaycanlılar Türkiyədə 374 mənzil alıblar. 2018-ci ilin eyni dövründə bu say 257 idi. 

2018-ci ildə azərbaycanlılar Türkiyədə 1250 mənzil alıblar. 2017-ci ilin 12 ayında bu say 942 mənzil idi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)