Avtomobil

İctimai nəqliyyatda gündəlik, həftəlik və aylıq kartlar tətbiq oluna bilər – VİDEO

İctimai nəqliyyatda gündəlik, həftəlik və aylıq kartlar tətbiq oluna bilər.

Dünyanın bir çox ölkələrində ictimai nəqliyyatdan istifadə edən bir qrup sərnişinlərə güzəştlər tətbiq edilir. Güzəştlər kateqoriyasında  təmsil olunanlara tələbələr, müəllimlər, bir qrup dövlət işçiləri, tüqaüdçülər, veteranlar, hətta jurnalistlər də daxildir. Bundan əlavə, ictimai nəqliyyatdan daha çox istifadə edənlər üçün gündəlik, həftəlik və aylıq kartlar var. Bu kartlar vasitəsilə ay ərzində istədiyin qədər ictimai nəqliyyatdan istifadə etmək mümkündür.

Banker.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, müxtəlif əhali qrupları – tələbələr, təqaüdçülər və digər sosial qruplardan olan şəxslərə ictimai nəqliyyatda güzəştli gediş haqlarının, həmçinin illik və aylıq ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Nağdsız ödənişlərə keçid təmin olunduqdan sonra sözügedən güzəştlər və aylıq, illik ödənişlərin tətbiqi mümkün ola bilər. Hazırda sərnişindaşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)