Cəbrayılda evlərin günəş panelləri ilə təchiz edilməsi 4 milyon manata başa gələcək
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Helind Enerji” MMC ilə müqavilə bağlayıb.
Məlumata görə, müqavilədə Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) kənd yaşayış məntəqəsində evlərin və sosial obyektlərin alternativ enerji mənbələri (günəş panelləri) ilə təchiz edilməsi nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 4 060 028 manatdır.