Sığorta

Azərbaycanda sığorta şirkətləri kiçik mühərrikli avtomobilləri niyə sığortalamırlar?

Azərbaycanda "Avtomobillərin icbari sığortası" bazarında yeni bir tendensiyanın əsası qoyulduğu bildirilir. Sığorta şirkətləri mühərrik həcmi 2000 kuba qədər olan avtomobillərin icbari sığorta müqavilələrinə görə, sığorta agentlərinə komissiya verilməyəcəyinə dair məlumatları sığorta agentlərinin diqqətinə çatdırıblar. "ENA" xəbər verir ki, bu barədə sığorta mütəxəssisi Şahin İsmayılov bildirib.

Onun sözlərinə görə, səbəb kimi bu mühərrik avtomobillərin sığorta haqqının aşağı olması və zərərlilik dərəcəsinin 100%-ə yaxınlaşması göstərilir. Belə ki, 1500 kub avtomobillər üzrə,bonus-malus dərəcəsini nəzərə almaqla,sığorta haqqı 32.50 manata, 2000 kub-a qədər avtomobillərdə isə sığorta haqqının 48.75 manata qədər düşməsi,sığorta şirkətlərini müəyyən qabaqlayıcı tədbirlər görməyə vadar edir.

Mütəxəssisin sözlərinə görə, nəzərə alsaq ki,avtomobil parkının böyük hissəsinin 2000 kuba qədər olan avtomobillərdən təşkil olunub, onda bu cür yanaşma həmin sığorta şirkətlərinin yığımına çox böyük mənfi təsir göstərəcək və bazar payının itirilməsinə gətirib cixaracaq deyə Şahin İsmayılov bildirib.

Məlumata görə, artıq  kiçik mühərrikli avtomobillərdən imtina etməyən şirkətlərin satışlarında artim hiss olunmağa başlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department