Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində daha bir kadr dəyişikliyi baş tutub.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi polkovnik Elvin Xanlar oğlu Mehdiyev vəzifəsindən azad edilib.
Nazir onu başqa vəzifəyə keçirib.
Onu da əlavə edək ki, Elvin Mehdiyev əvvəllər Dövlət Gömrük Komitəsində də yüksək vəzifədə çalışıb.(Qaynarinfo)