Sığorta

“A-Qroup” sığorta şirkətinin mənfəəti 12 dəfə artıb

2023-cü ildə “A-Qroup” sığorta şirkətinin xalis mənfəəti 698,897 min mаnаt təşkil edib. Bu 2022-ci ildin yekunları üzrə olan 57,19 min mаnаtdan 12,2 dəfə çoxdur. 

“A-Qroup” şirkətinin auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən, 2023-cü il ərzində onun gəlirləri 25 milyon 281,634 min mаnаt (artım 14,7%), o cümlədən birbaşa sığorta haqları 21 milyon 124,52 min manat (azalma 14,2%), investisiya gəlirləri 549,461 min manat, xalis sığorta ehtiyatlarının müsbət göstəricisi 2 milyon 207,386 min manat təşkil edib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.

Ötən il şirkətin xərcləri 24 milyon 408,013 min manat (artım 11,1%), sığorta ödənişlərinin həcmi 15 milyon 335,783 min manat (artım 19,6%), qaytarılan sığorta haqları 731,301 min manat, sığorta işinin aparılması xərcləri 5 milyon 225,412 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.

2023-cü ildə şirkətin vergi ödənilənədək mənfəəti 873,621 min manat, mənfəət vergisi üzrə ödənişləri 174,724 min manat təşkil edib.

Ötən il “A-Qroup”un aktivləri 7,1% azalaraq 27 milyon 126,538 min manat, öhdəlikləri 15,3% azalaraq 15 milyon 21,165 min manat, kapitalı 5,6% artaraq 12 milyon 105 min 373,53 manat təşkil edib, nizamnamə kapitalı isə dəyişməz qalıb (10 milyon 5,25 min manat).

2023-cü ildə şirkətin banklarda yerləşdirdiyi depozitlərin həcmi 8,1% - 6 milyon 250 min manata qədər azalıb.

“A-Qroup” ASC 1995-ci ildən sığorta bazarında fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)