Sosial iqtisadiyyat

Neftçilər Xəstəxanasında orqan transplantasiyası əməliyyatları dayandırılıb - SƏBƏB

Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında orqan transplantasiyası əməliyyatları dayandırılıb. ENA.az xəbər verir ki, Modern.az-a daxil olan məlumata görə, buna səbəb xəstəxanada əməliyyatı icra edəcək kadrların olmamasıdır.

Məsələ ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyasnın şöbə müdiri Elmir Əsgərov faktı təsdiqləyib.

Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasında transplantasiya əməliyyatları Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin sabiq müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi tərəfindən icra edilirdi. M.Kazımi 2008-ci ildən 2018-ci ilədək burada fəaliyyət göstərib. 2018-ci il sentyabrın 28-dən etibarən isə Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri olaraq fəaliyyətini davam etdirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)