Kəlbəcərin icra başçısı 250 minlik maşın alır - FOTO
Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov yeni xidməti avtomobil alır.
Eləcə də bax: İcra Hakimiyyətindən maşınla bağlı - AÇIQLAMA
ENA.az xəbər verir ki, söhbət “Mercedes Benz S 350” markalı maşından gedir.
Bununla bağlı icra hakimiyyəti açıq tender elan edib. Sözügedən tenderin şərtləri rəsmi qəzetlərdən birinin internet versiyasında yayımlanıb.
Əlaqələndirilən şəxs kimi icra hakimiyyətinin sektor müdiri-baş mühasib Zamanov Kazımın adı qeyd olunub.
Qeyd edək ki, 2013-cü ilin martından Kəlbəcərin icra başçısı olan Aqil Məmmədovun istədiyi “Mercedes Benz S 350” markalı avtomobilin satış qiyməti 250 min manat civarındadır.