Tenderlər

Arpaçay magistral kanalları 46.4 milyon manata yenidən qurulur

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti "Arpaçay sağ sahil" və "Arpaçay sol sahil" magistral kanallarının yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

ENA.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Hovers Group" MMC-dir.

Qalib şirkətə 46,358 milyon manat ödəniləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)