Avtomobil

Azərbaycana avtomobil idxalı 2,1 dəfə artıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 1585 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

ENA” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 89,2%artaraq 70 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 2,2 dəfə artaraq 1170 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 71,5% artaraq 1 274 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 42%artaraq 71 ədəd olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)