Bank

Əmanətlərin sığortalanması sistemi dəyişsin - BANKDAN TƏKLİF

"Əmanətlərin sığortalanması sisteminin mövcud vəziyyəti bizi qane etmir".

"ENA" xəbər verir ki, bunu "VTB Bank Azərbaycan"ın idarə heyətinin sədri Yevgeni Kirin deyib.

Y.Kirin bildirib ki, mövcud qanunvericilik əmanətlərin cəlbedilməsində faizlər üzrə maksimumları saxlayır. Sədr hesab edir ki, maksimallar əmanət faizləri üzrə deyil, əmanət məbləğləri üzrə formalaşdırılmalıdır. "Artıq Azərbaycan 2015-2016-cı illərdəki çətinlikləri keçib. Ölkədə maliyyə sabitliyi mövcuddur. Ona görə də əmanətlər üzrə klassik sığorta sisteminə keçid etməyi təklif edirik", deyə Yevgeni Kirin bildirib.

Onun fikrincə, əmanətlər üzrə ADİF tərəfindən müəyyən edilən 15% manatla və 3% dollarla sığortalama tələbi aradan qalxarsa, bu sahədə sərbəst bazar münasibətləri formalaşacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department