Avtomobil

Avtomobil saytlarında satılan ən bahalı və ən ucuz avtomobil hansıdır?

Ölkədəki əksər avtomobil həvəskarları seçim edərkən ilk növbədə avtomobil alqı-satqısı saytlarına üz tuturlar.

"ENA.az" xəbər verir ki, Azərbaycanın məhşur avtomobil saytlarında satışı elan olunmuş avtomobillərlə bağlı araşdırma aparılıb.

Müəyyən olub ki, bu saytlarda ən bahalı avtomobil "Rolls-Royce Cullinan" avtomobilidir. 6,5 L mühərrik həcminə sahib, buraxılış ili 2018-ci il olan bu avtomobilin satış qiyməti 994 500 manatdır. 

Ən ucuz avtomobil isə "Moskvich 2140" avtomobilidir. Avtomobil 1978-ci ildə istehsal olunub. Mühərrikinin həcmi 1,5 L, yürüşü 500 000 km, qiyməti 500 manatdır.

Ən qocaman

Ən "qocaman" avtomobilə gəldikdə isə, bu, 1958-ci ildə istehsal olunan "GAZ M-20 Pobeda" avtomobilidir. Mühərrikinin həcmi 2,0 L, yürüşü 28 000 km olan avtomobilin qiyməti 55 500 manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)