Əsas məzmuna keç
Bakı +8°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini "tavana" qaldırdı

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini "tavana" qaldırdı

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

İclasda uçot dərəcəsi 4,75 faiz bəndi artırılaraq 10,25%-dən 15%-ə çatdırılıb. Bu iqtisadiyyatda tavan faizi hesab edilir. Bu addımdan dərhal sonra Dollar/TL, 7,50-yə qədər, Avro/TL isə 8,90 lirəyə gerilədi. 

Qeyd edək ki, qərardan əvvəl Dollar/TL 7,69-un üzərində idi, avro/TL isə 9,10 səviyyəsində idi. 

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında 0,75% azaldılaraq 12%-dən 11,25%-ə, fevralın 19-da keçirilmiş iclasında 11,25%-dən 10,75%-ə, martın 17-də keçirilmiş iclasında 10,75%-dən 9,75%-ə, aprelin 22-də keçirilmiş iclasında 9,75%-dən 8,75%-ə, mayın 21-də keçirilmiş iclasında isə 8,75%-dən 8,25%-ə endirilib, sentyabrın 24-də keçirilmiş iclasında 8,25%-dən 10,25-ə qaldırılıb.

 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə