Trampın İranla bağlı açıqlaması fonunda neft qiymətləri yenidən yüksəlib (13.11.2026)

Neft qiymətləri yenidən yüksəldi: Brent 96 dollara yaxınlaşdı
Qlobal maliyyə bazarlarında neft qiymətlərinin artması və ABŞ-İran münasibətləri ilə bağlı açıqlamalar investorların diqqət mərkəzindədir.
ENA.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İranla razılaşmaya ehtiyac duymadıqlarını bildirməsi diplomatik həll perspektivlərinə dair gözləntiləri zəiflədib. Bu açıqlama neft qiymətlərinin yüksəlməsinə, enerji xərclərinin inflyasiyanı artıracağı narahatlığı isə ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artmasına səbəb olub.
Neft bazarındakı yüksəlişlə yanaşı, Nvidia şirkətindəki rəhbərlik dəyişikliyi də texnologiya səhmlərinə təzyiq göstərib. Şirkətin səhmləri 6% ucuzlaşıb, S&P 500 indeksinə daxil olan şirkətlərin əksəriyyətində də geriləmə qeydə alınıb.
İnvestorlar enerji qiymətlərinin yüksəlməsinin inflyasiyanı gücləndirəcəyi halda ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətini daha da sərtləşdirə biləcəyini nəzərə alırlar.
Asiya-Sakit okean regionunda MSCI indeksi 0,7% yüksəlib. Tayvan və Cənubi Koreya birjaları artıma öncüllük edib. Yaponiyada dollar/yen məzənnəsinin 160 səviyyəsini keçməsi isə ölkənin valyuta bazarına müdaxilə edə biləcəyi ilə bağlı gözləntiləri gücləndirib.
Brent markalı neftin bir bareli səhər saatlarında 96 dollar ətrafında ticarət olunub. Qızıl isə üç günlük ucuzlaşmadan sonra bahalaşıb.











