“Turan Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Noyabrın 6-da, saat 15:00-da “Turan Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
ENA.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 85 ünvanında yerləşən baş ofisində olacaq.
!@#
Yığıncağın gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 70 milyon manatdır. Bankın səhmlərinin 57,8%-i 20 fiziki şəxsə, 42,2%-i isə 8 hüquqi şəxsə məxsusdur.











