Əsas məzmuna keç
Bakı +6°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Qəbələyə də sürət qatarı işləyəcək

Qəbələyə də sürət qatarı işləyəcək

Böyük ehtimalla növbəti sürət qatarları Qəbələ və Yalama istiqamətlərində olacaq. "BI" xəbər verir ki, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, artıq bu istiqamətlərdə işlərə başlanıb: “Tikinti işləri qaydasında gedərsə, növbəti ilin sonlarına Qəbələ istiqamətində yol təhvil veriləcək. Texniki imkanlarımız bunu reallaşdırmağa imkan verir. Növbəti istiqamət isə Yalama olacaq”.

QSC sədri əlavə edib ki, Bakı-Yalama yolunun tikintisi üçün artıq tender elan olunub: "Prosesin iki il çəkməsi gözlənilir, çünki bu yol daha mürəkkəbdir. Orada yeraltı və yerüstü keçidlər olacaq”.

Bu gün yola düşən Bakı-Gəncə sürət qatarlarına gəlincə, C.Qurbanov vurğulayıb ki, bu qatarların sürəti sınaq üçün 159 km/saat seçilib:

"Sürət ara-sıra dəyişir. Hazırda sürət saatda 130-135 km-dir. Qatarın texniki imkanları saatda 300 km sürətlə hərəkət etməyə imkan verir. Biz bu layihəni həyata keçirəndə maksimal sürəti 160 km/saat nəzərdə tutmuşuq. Gələcəkdə bu sürətin artırılmasını planlaşdırırıq”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə