Əsas məzmuna keç
Bakı +8°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Avtomobil

Qazaxıstan "Hyundai" avtomobilləri buraxacaq - ZAVOD AÇILIR

Qazaxıstan "Hyundai" avtomobilləri buraxacaq - ZAVOD AÇILIR

Qazaxıstanın Almatı şəhərində yeni avtomobil zavodu istifadəyə veriləcək.

"Businessinsider.az" xəbər verir ki, Almatı sənaye zonasında “Hyundai Trans Kazakhstan” zavodunun təməlqoyma mərasimi keçirilib.

“Hyundai Astana” şirkətinin Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin dəstəyi ilə tikəcəyi zavod Qazaxıstan bazarını keyfiyyətli və səmərəli avtomobillərlə təmin edilək.

İstehsal olunacaq “Hyundai” avtomobillərinin MDB ölkələrinə ixracı da nəzərdə tutulur. Müəssisə Cənubi Koreya və Yaponiya istehsalı olan ən son texnoloji avadanlıqla təchiz ediləcək. Bu zavodda “Hyundai” markalı avtomobillərin bütün modellərinin istehsalı nəzərdə tutulub.

Layihənin investisiya dəyəri 25 milyard təngə təşkil edir. 2020-ci ildə isə ilk avtomobilin istehsalı planlaşdırılır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə