Əsas məzmuna keç
Bakı +10°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Avtomobil

Çinin elektrikli avtomobil ixracı oktyabrda 145% artaraq rekord qırıb

Çinin elektrikli avtomobil ixracı oktyabrda 145% artaraq rekord qırıb

Çinin elektrikli və plug-in hibrid avtomobillərinin ixracı oktyabr ayında illik müqayisədə 144,7% artaraq 582 min ədədə çatıb. Bu, indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir.

ENA.az xəbər verir ki, Çin Minik Avtomobilləri Assosiasiyasının (CPCA) məlumatlarına görə, oktyabrda ixrac olunan elektrikli və hibrid avtomobillərin sayı sentyabr ayı ilə müqayisədə də 3,9% artıb. Beləliklə, ölkənin bu kateqoriya üzrə ixracı ardıcıl ikinci ay rekord səviyyəyə yüksəlib.

Artımın əsas səbəblərindən biri Yaxın Şərqdəki müharibə fonunda neft qiymətlərinin yüksəlməsi və bunun dünya bazarında elektrikli avtomobillərə tələbatı artırmasıdır. Bu vəziyyət elektrikli avtomobil istehsalına böyük investisiyalar yatıran Çin şirkətlərinin beynəlxalq bazarlardakı rəqabət imkanlarını genişləndirib.

Oktyabr ayında elektrikli və plug-in hibrid avtomobillər Çinin ümumi minik avtomobili ixracının 62,8%-ni təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz bəndi çoxdur.

Yanvar-oktyabr aylarında Çinin elektrikli və plug-in hibrid avtomobil ixracı 4,472 milyon ədədə çatıb. Bu, illik müqayisədə 139,7% artım deməkdir.

Oktyabrda ixracda BYD 165 194 avtomobillə ilk sırada qərarlaşıb. Chery 83 843, Geely isə 80 119 avtomobillə növbəti yerləri tutub. Tesla-nın Çindəki zavodlarından ixrac edilən avtomobillərin sayı isə 59 012 olub.

Qeyd edək ki, CPCA-nın statistikası Çində istehsal edilərək xaricə göndərilən avtomobillərlə yanaşı, Çin markalarının xarici ölkələrdəki zavodlarında yığılaraq həmin bazarlarda satılan avtomobilləri də əhatə edir.

Mənbə: Bloomberg HT, CPCA

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə