Əsas məzmuna keç
Bakı +8°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Pentaqondan Rusiyanın nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirməsinə - REAKSİYA

Pentaqondan Rusiyanın nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirməsinə - REAKSİYA

"Rusiya Prezidenti Vladimir Putinin nüvə qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirməsinə şübhə etmirik".

ENA.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi brifinqdə bildirib.

Eləcə də bax: Yaponiya XİN: “Rusiya Cənub Kuril adalarını işğal edib”

Onun sözlərinə görə, bu, V.Putin tərəfindən atılan lazımsız addımdır. O həmçinin bildirib ki, Rusiya heç vaxt nə NATO, nə də Ukrayna tərəfindən təhdid edilməyib:

"Bu addım çox təhlükəlidir və gərginliyi artırır. Biz özümüzü, müttəfiqlərimizi və tərəfdarlarımızı hər cəhətdən müdafiə etməyə qadirik".

Qeyd edək ki, Vladimir Putin fevralın 27-də müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisinə nüvə qüvvələrinin (çəkindirici qüvvələr) döyüş hazırlığı vəziyyətinə gətirilməsinə dair əmr verib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə