Dövlət Komitəsinin sədrinin müavinlərinin sayı artırılıb

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb.
Bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Komitə sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir birinci müavini və üç müavini olacaq. İndiyə qədər bu say 2 idi.











