Tramp İrana sərt xəbərdarlıq etdi: “Heç bir ölkənin ödəmədiyi bədəli ödəyəcək”

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtona qarşı mümkün hücum təhlükəsi ilə bağlı Tehrana sərt xəbərdarlıq edib.
ENA.az xəbər verir ki, Tramp bu barədə Filippinin paytaxtı Manilada ASEAN sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
ABŞ Prezidenti jurnalistin Vaşinqton üçün İrandan qaynaqlanan qaçılmaz təhlükənin olub-olmaması ilə bağlı sualına belə cavab verib:
“Əgər belə bir təhlükə varsa, İran heç bir ölkənin indiyədək ödəmədiyi bədəli ödəyəcək”.











