SEPAH Bəhreyndə ABŞ radarına zərbə endirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndəki Şeyx-İsa bazasında ABŞ qüvvələrinin radiolokasiya sisteminə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirdiyini açıqlayıb.
Bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin bəyanatında bildirilib.
İddiaya görə, zərbə ABŞ PUA-ları tərəfindən İranın hava məkanının davamlı olaraq pozulmasına cavab olaraq endirilib.
Mənbə:report.az











