Əsas məzmuna keç
Bakı +9°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Paytaxt sakinlərinin iaşə obyektlərinə xərclədiyi pul 10 % artıb

Paytaxt sakinlərinin iaşə obyektlərinə xərclədiyi pul 10 % artıb

Bu ilin yanvar ayında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 117,7 milyon manat olub.

Bakı şəhər Statistika İdarəsinin məlumatına görə, bu, 2025-ci ilin ilk ayı ilə müqayisədə real ifadədə 10 % çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 91,8 milyon manat olub. Bu, ümumi dövriyyənin 77,9 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,6 % artaraq 219,2 milyon manat olub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə