9 ayda dövlət satınalmalarlnda 510 milyon manat qənaət edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda təsdiqlənmiş dövlət satınalmaları üzrə 509,9 milyon manat vəsaitə qənaət edilib.
Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, 9 ayda ümumi qənaət 13,7 % təşkil edib. Bu göstərici müsabiqə üzrə təsdiq edilmiş qiymətlə ehtimal olunan qiymət arasındakı fərqin ehtimal olunan qiymətə nisbətini ifadə edir, dövlət satınalmalarının səmərəli təşkili, təchizatçılar arasında rəqabət imkanlarının genişlənməsi və satınalma predmetləri üzrə daha əlverişli təkliflərin seçilməsi baxımından əhəmiyyət daşıyır.











