Əsas məzmuna keç
Bakı +8°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

Lukoil-in 11 ölkədəki enerji aktivləri ABŞ-ın rəhbərlik etdiyi konsorsiuma keçir

Lukoil-in 11 ölkədəki enerji aktivləri ABŞ-ın rəhbərlik etdiyi konsorsiuma keçir
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

ABŞ konsorsiumu Lukoil-in xarici aktivlərini almaq barədə razılığa gəlib

ENA.az xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi investorlar konsorsiumu Rusiyanın “Lukoil” şirkətinin ölkə xaricindəki neft və qaz aktivlərini özündə birləşdirən “Lukoil International” şirkətini almaq barədə razılığa gəlib.

“Eldridge” holdinqinin açıqlamasına görə, konsorsiuma ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC), Birləşmiş Ərəb Əmirliklərinin “Catena Investment Holding” şirkəti və “Xtellus Partners” daxildir.

Razılaşma “Lukoil International”ın nizamnamə kapitalının 100%-nin səhm mübadiləsi yolu ilə əldə edilməsini nəzərdə tutur. Konsorsium bunun müqabilində “Lukoil” və digər Rusiya şirkətlərinə məxsus məhdudlaşdırılmış səhmləri təqdim edəcək. Beləliklə, əməliyyat çərçivəsində Rusiyaya birbaşa nağd ödəniş edilməyəcək.

“Lukoil International”ın portfeli 11 ölkədə neft və qaz yataqlarını, emal zavodlarını, boru kəmərlərini, ticarət və yanacaqdoldurma şəbəkələrini əhatə edir. Şirkət gündəlik təxminən 350 min barel neft ekvivalentində hasilat həyata keçirir.

Aktivlər arasında Bolqarıstandakı Burqas, Niderlanddakı Zeeland və Rumıniyadakı Petrotel neft emalı zavodları da var. Şirkətin Avropa, Şimali Amerika və Mərkəzi Asiyanın 16 ölkəsində 2 mindən çox yanacaqdoldurma məntəqəsinə sahib olduğu bildirilir.

Razılaşmaya əsasən, satışdan əldə ediləcək vəsait beş il müddətinə və ya sanksiyalar aradan qaldırılanadək xüsusi hesabda məhdudlaşdırılmış vəziyyətdə saxlanılacaq. DFC isə ABŞ adından şirkətdə pay əldə edəcək.

“Financial Times”ın məlumatına görə, portfelin dəyəri sanksiyalardan əvvəl təxminən 22 milyard dollar qiymətləndirilsə də, hazırkı əməliyyat üzrə aktivlərin dəyəri təxminən 16 milyard dollar göstərilir.

Əməliyyatın başa çatması ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) şərti razılığından, yoxlama prosedurlarından və digər zəruri tənzimləyici təsdiqlərdən asılıdır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə