Əsas məzmuna keç
Bakı +8°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Kommersiya qurumlarının dövlət qeydiyyatının ləğv edilməsi qaydaları yenilənib

Kommersiya qurumlarının dövlət qeydiyyatının ləğv edilməsi qaydaları yenilənib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) əmri ilə “Dövlət vergi orqanlarında kommersiya qurumlarının, publik hüquqi şəxslərin dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları” yeni redaksiyada təsdiq olunub.

ENA.az bu barədə DVX-ya istinadən xəbər verir.

Məlumata görə, sənəd büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış “Vergi Məcəlləsində və digər aidiyyəti normativ hüquqi aktlarda ediləcək dəyişikliklərlə əlaqədar Dövlət Vergi Xidmətinin qarşısında duran vəzifələr haqqında” Tədbirlər Planının icrası ilə əlaqədar qəbul edilib.

İstifadəçilər “Dövlət vergi orqanlarında kommersiya qurumlarının, publik hüquqi şəxslərin dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”nın, həmçinin onun əlavələrinin yeni redaksiyası ilə aşağıdakı link vasitəsilə tanış ola bilərlər:

https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetinin-normativ-senedleri

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə