Əsas məzmuna keç
Bakı +8°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Hansı banklar aktivlərindən yaxşı istifadə edə bilib?

Hansı banklar aktivlərindən yaxşı istifadə edə bilib?

Azərbaycanda fəaliyyət göstərən 26 bank ötən ili 567,8 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 32 milyard 55,3 milyon manat məbləğində aktivlərin 1,8%-i qədərdir.

!@#

Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2020-ci ildən mənfəətlə çıxmış 23 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 5,8%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" aktivlərinin məbləğinə görə ölkədə 3-cüdir.

Fəaliyyət effektivliyinə görə, 2-ci yeri isə “Bank of Baku” ASC tutub. Bu bank ötən il aktivlərinin 3,1%-i qədər mənfəət əldə edib. Bu arada, "Bank of Baku" aktivlərinin məbləğinə görə, 26 bank arasında 13-cü yerdə qərarlaşıb.

3-cü yerə isə ölkənin regional bankı - “Naxçıvan Bank" ASC sahib çıxıb. Bu bankın illik mənfəəti aktivlərinin 2,5%-i qədər olub. Halbuki, "Naxçıvan Bank" aktivlərinin məbləğinə görə, banklar arasında 20-cidur.

Mənfəətlə işləyən qalan 20 bankdan isə 2-də sözügedən göstərici 2,1-2,2%, 5 bankda 1-2% arasında, 13 bankda isə 0-1% arasında dəyişir.

№

Bankın adı

Bankın illik mənfəətinin /zərərinin aktivlərinə nisbəti

 

1

Kapital Bank

5,8%

2

Bank of Baku

3,1%

3

Naxçıvan Bank

2,5%

4

Express Bank

2,2%

5

Bank VTB Azərbaycan

2,1%

6

AFB Bank

1,9%

7

PAŞA Bank

1,5%

8

Azərbaycan Beynəlxalq Bankı

1,4%

9

Unibank

1,4%

10

Xalq Bank

1,1%

11

İran Milli Bankı - Bakı

0,8%

12

Bank Avrasiya

0,8%

13

Zıraat Bank Azərbaycan

0,7%

14

Premium Bank

0,6%

15

Bank Respublika

0,6%

16

Azərbaycan Sənaye Bankı

0,6%

17

Yapı Kredi Bank Azərbaycan

0,4%

18

Access Bank

0,3%

19

Rabitəbank

0,3%

20

Günay Bank

0,2%

21

Turan Bank

0,1%

22

Muğan Bank

0,1%

23

Azər-Türk Bank

0,1%

24

Pakistan Milli Bankı - Bakı

-1,7%

25

Bank BTB

-2,6%

26

Yelo Bank

-10,2%

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə