Fərəh Əliyeva mədəniyyət naziri təyin olunub?

Bir müddətdir ki, mədəniyyət naziri postuna fərqli namizədlərin adları hallanır.
Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra bu yüksək vəzifəyə kimin gətiriləcəyi ictimaiyyətin marağındadır.
!@#
Məlumatlara görə, bu vəzifəyə Fərəh Əliyevanın təyinatı gözlənilir.
Bununla bağlı rəsmi sərəncam veriləcəyi bildirilir.
Qeyd edək ki, Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiridir.











