Əsas məzmuna keç
Bakı +15°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Ərdoğan: Türkiyənin mövcud konstitusiyası mənasını itirib

Ərdoğan: Türkiyənin mövcud konstitusiyası mənasını itirib

Türkiyənin mövcud konstitusiyası mənasını itirib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “1982-ci il əvəzinə 2023-cü il konstitusiya simpoziumu” kitabına yazdığı “Ön söz”də qeyd edib.

O bildirib ki, yeni konstitusiya liberal olmalı və cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir.

Ərdoğan yazıb ki, regionda və dünyada önəmli rol oynayan Türkiyə hazırkı konstitusiyaya layiq deyil: “Zamanın ruhuna uyğun, cəmiyyətə dinamika qazandıran, Türkiyəyə layiq, sivil, demokratik konstitusiyaya ehtiyac var”.

Dövlət başçısı vurğulayıb ki, yeni konstitusiya bərabərlik prinsipini, azadlığı və ədaləti əsas götürməlidir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə