Əsas məzmuna keç
Bakı +16°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Avtomobil

"Çermet" körpüsünün alt hissəsində hərəkət birtərəfli olacaq

"Çermet" körpüsünün alt hissəsində hərəkət birtərəfli olacaq

Bakının Əliyar Əliyev küçəsində aparılan təmir işləri çərçivəsində yol hərəkətinin təşkilində müəyyən dəyişikliklər edilib.

Bu barədə “ENA”ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

!@#

Məlumata görə, vətəndaşların çoxsaylı şikayətləri nəzərə alınaraq Əliyar Əliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsi ("Çermet" körpüsünün alt hissəsi) təhlil edilərək yenidən layihələndirilib. 

Layihəyə əsasən kəsişmədə yerləşən dairə ləğv edilib;

Nəqliyyat vasitələrinin hərəkəti adacıqlar vasitəsilə kanallaşdırılıb;

Körpünün alt hissəsində hərəkət birtərəfli təşkil edilib;

Ərazidə müvafiq yol nişanları quraşdırılıb.

"Dəyişiklik ərazidə yol hərəkəti təhlükəsizliyinin artırılması ilə yanaşı, sürücülərin lüzumsuz qayda pozmalarının da qarşısını almağa imkan verəcək. Sürücülərə hərəkətin yenidən təşkili ilə bağlı daha diqqətli olmalarını və qaydalara riayət etmələrini tövsiyə edirik", - agentlik bəyan edib. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə