Əsas məzmuna keç
Bakı +14°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Cavid Qurbanov: “Bakıdan Gəncəyə 3 saata da çata bilərik”

Cavid Qurbanov: “Bakıdan Gəncəyə 3 saata da çata bilərik”

“Bakı-Gəncə sürət elektrik qatarı yolu 4 saata gedur, amma bu, bizi qane etmir”.

“ENA” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda deyib.

“Yolumuzun infrastrukturu imkan verir ki, sürəti saatda 140 km-ə qədər qaldıraq. Bakıdan Gəncəyə 3 saata da çata bilərik”, - deyə o, qeyd edib.

Sədr həmçinin bildirib ki, rəhbərlik etdiyi qurum Gəncə şəhərindən Ağstafa şəhərinə qədər olan dəmir yolunda işləri tam bitirib: “Orada 112-yə yaxın yol ötürücüsü var idi, onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən dörd saat yarıma olsun. Gəncəyə ən geci üç saat yarıma çatsın. Beləliklə, sərnişinlərin məmnunluğu, rahatlığı Sizin göstərişinizlə tam təmin olunacaq”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə