Əsas məzmuna keç
Bakı +10°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Bank sektorunun 4 aylıq xalis qazancı açıqlandı

Bank sektorunun 4 aylıq xalis qazancı açıqlandı

Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarında 347,9 milyon manat xalis mənfəət əldə edib. Halbuki, sektor ötən ilin eyni dövründən 57,1 milyon manat xalis zərərlə çıxmışdı.

Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına görə, 4 ay ərzində bankların faiz gəlirləri 644 milyon manat (illik müqayisədə 14,75% çox), faiz xərcləri 187,7 milyon manat (6,7% az), qeyri-faiz gəlirləri 250,3 milyon manat (57,1% çox), qeyri-faiz xərcləri 344,3 milyon manat (5,7% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 8,6 milyon manat (96,45% az), digər gəlirləri 21,7 milyon manat (12,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 27,5 milyon manat (2,7 dəfə çox) təşkil edib. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə