Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

AZAL-ın yeni rəhbəri aeroportda parklanma və icarə qiymətlərini artırdı

AZAL-ın yeni rəhbəri aeroportda parklanma və icarə qiymətlərini artırdı

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hazırki rəhbəri Samir Rzayev Beynəlxalq Hava Limanında avtomobillərin parklanması qiymətlərini artırıb.

ENA.az Gununsesi.info-ya istinadla xəbər verir ki, hava limanında avtomobil parklanmasının qiyməti əvvəlki dövrlə 2 dəfəyədək bahalaşıb.

Bundan başqa AZAL-ın yeni rəhbərinin daha bir “sürprizi” Beynəlxalq Hava Limanında ofisi olan xarici aviaşirkətlər, bankların valyutadəyişmə məntəqələri, kargo şirkətləri və restoranlar üçün olub.

Artıq 2024-cü ildən etibarən Beynəlxalq Hava Limanındakı ofislər, valyutadəyişmə məntəqələri və anbarlar üçün qiymətlər yeni bahalaşdırılmış tariflərlə hesablanır.

Bahalaşma ilə bağlı Hava Limanından şərh almaq mümkün olmayıb

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə