Avstraliya Rusiyanın neft və qazından imtina etdi

Avstraliya Rusiyanın neft və qazından imtina edib.
ENA.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
!@#
“Prezident Volodimir Zelenskinin Avstraliya parlamentindəki çıxışından sonra bu barədə qərar qəbul olundu. Həmçinin Avstraliya Rusiya mallarına 35 faiz rüsum tətbiq edəcək. Bu, Rusiya iqtisadiyyatını çökdürəcək daha bir məqamdır”, - o bildirib
Qeyd edək ki, bu gün V.Zelenski Avstraliya parlamentində çıxış edib.











