Əsas məzmuna keç
Bakı +15°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

AMB 3 kredit ittifaqına icrası məcburi göstəriş verdi

AMB 3 kredit ittifaqına icrası məcburi göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Ləman”, “Stimul” və “İnci Kredo” kredit ittifaqlarına icrası məcburi göstəriş verib.

ENA.az xəbər verir ki, bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, adı çəkilən kredit ittifaqları 2024-cü ilin kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etmədiyindən, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinin tələbi təmin edilməmişdir.

“Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, “İnci Kredo” Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə, “Ləman” Məhdud Məsuliyyətli Kredit İttifaqına və “Stimul” Kredit ittifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 2024-cü ilin maliyyə hesabatlarının kənar auditor tərəfindən yoxlanılması və təsdiqedici sənədlər əlavə edilməklə Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi məlumat verilməsi tələb olunub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə