Qeyri-Bank

Azərbaycan bazarına yeni BOKT daxil olur

Azərbaycanda nizamnamə kapitalı 300 min manat olan yeni BOKT (Bank olmayan kredit təşkilatı) yaradılıb.

Məlumata əsasən yeni yaradılan kredit təşkilatının adı BOKT “Uğur” MMC-dir.

Yeni yaradılan təşkilatın qanuni təmsilçisi Qurbanov Sai Firdovsi oğlu və Müşahidə Şurasını isə Hacıyev Əhməd Yaşar oğlu, Nağıyev Fərid Camal oğlu və Hacıyev Ramin Xasay oğlu təmsil edəcəklər.

Xatırladaq ki, Azərbaycanda hazırda 43 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)