"Pensiya sisteminin yeni inkişaf konsepsiyası hazırlanır"
"Avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi vasitəsilə 10 min nəfərə elektron qaydada pensiya təyin olunub".
"ENA" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, bu ilin əvvəlindən “İşsizin DOSTu” proqramı artıq 36 min nəfər işsizin əmək müqaviləsi ilə ödənişli ictimai işlə təminatına imkan verib.
O, bu ilin ötən dövründə minimum pensiyaların və minimum əmək haqqının 40 faiz, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını qeyd edib.
S.Babayev qeyd edib ki, sosial təminat sistemi qarşısında dayanan çağırışlara uyğun islahatlar davam etdirilir, pensiya sisteminin yeni inkişaf konsepsiyası hazırlanır.
BSTA-nın Prezidenti Yoakim Bröyer isə qeyd edib ki, sosial təminatın qlobal səviyyədə öhdəliyi yüksək səviyyədə olmayıb: "Avropanın gələcəyi ilə bağlı müzakirə ediləcək məsələlər çoxdur. Bu müzakirələr təkcə sosial təminatının aktuallığı ilə deyil, onun sonu ilə bağlıdır. Sosial təminat sistemi cəmiyyətin, iqtisadiyyatın təməl sütunimuzun təşkil edəcək".
Yoakim Bröyer vurğulayıb ki, avtomallaşdırma sayəsində iş yerlərinin sayı gələcəkdə azalacaq: "10 ildən sonra hər hansı sosial təminatı ola bilsin ki, təsəvvür edə bilməyək. Dəyişikliyin fonunda mühüm ismarıc da unudulmamalıdır. Digərləri deyil, bizlər, yəni sosial təminat sahəsindəki rəhbər şəxslər bu sahədə araşdırmalar aparmalı, əməli tədbirlər görməliyik. Yeni ideyalar üçün daha da irəli və siyasiləşdirilmiş dünyaya baxmalıyıq. Milliyətçilik deyil, beynəlmiləlçilik prinsiplərinə baxmalıyıq. Çətinliklərə ortaq həll tapmalıyıq".