MALİYYƏ

Gömrük apreldə büdcəyə ödənişlərini 26% artırıb

Bu ilin aprel ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 377 788,9 min manat məbləğində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 77 197 min manat və yaxud  25,7% çoxdur.

DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 16 346,8 min manat və ya 23% artaraq 87 485,8 min manat olub.

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 56 393,9 min manat və yaxud 26,7% artaraq 267 921,3 min manat, aksizlər 3 976,8 min manat və yaxud 26,5% artaraq 18 990,6 min manat, yol vergisi üzrə daxilolmalar isə 479,5 min manat və yaxud  16,5% artaraq 3 391,2 min manat təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)