MALİYYƏ

Dövlət büdcəsindən AQTA-ya ayrılacaq vəsaitin məbləği açıqlanıb

Gələn ilin dövlət büdcəsindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) ayrılacaq vəsait artırılır. 

"Bİ" xəbər verir ki, 2019-cu ilin büdcəsindən agentliyə 10 milyon 201 min 599 manat ayrılması planlaşdırılır.

Bu məbləğ 2018-ci ildəki vəsaitdən 8 696 465 manat çoxdur.

Qeyd edək ki, büdcə zərfi gələn ay Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department