Sənaye

SOCAR bu ilin birinci rübündə 70 min tondan çox metanol ixrac edib

SOCAR-ın Metanol Zavodu bu ilin yanvar-mart aylarında 70 min tondan çox metanol ixrac edib. Bunu SOCAR-da olan etibarlı mənbə bildirib.

SOCAR-ın məlumatına əsasən, Metanol Zavodunun ixrac coğrafiyası genişləndirilməkdədir. Cari ildə zavodda istehsal olunan məhsulun ixrac edildiyi ölkələr sırasında Türkiyə, Qərbi Avropa və Aralıq dənizi hövzəsi ölkələri üstünlük təşkil edir. Zavodun daxili bazarda əsas alıcısı isə "Azneft" İstehsalat Birliyiidir.

Qeyd edək ki, bu il Metanol Zavodunda 350 min ton metanol istehsal etməyə planlaşdırılır. Zavodda gələn il 350 min ton, 2021-ci ildə 375 min ton, 2022-ci ildə isə 400 min ton metanol istehsalı gözlənilir.

Xatırladaq ki, 2013-cü ildə istismara verilən zavod Qaradağ rayonunda yerləşir. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)