Bank

“TuranBank”ın səhmdarlarından - 15 MİLYON MANATLIQ QƏRAR

“TuranBank” nizamnamə kapitalını artırır.

“TuranBank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının 14 yanvar 2019-cu il tarixli növbədənkənar Ümumi Yığıncağında cəmi məbləği 15 000 848 manat olmaqla,  13864 ədəd  adi, sənədsiz adlı səhmin emissiya edilməsi qərara alınmışdır.

Qərara əsasən səhmlərin ilk mərhələsi, 9244 ədəd adi, sənədsiz  adlı  səhmləri qanunamüvafiq qaydada Azərbaycan Respublikasının  Maliyyə Bazarlarına Nəzarət Palatasında dövlət qeydiyyatına alınmış və emissiya prosesinə başlanmışdır.

Yeni emissiyanın yerləşdirilməsindən sonra bankın nizamnamə kapitalı 70 milyon manat təşkil edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department