ENA+

Azərbaycanlılıarın ən çox üstünlük verdiyi çay markaları - ARAŞDIRMA

“Business Insight” şirkəti “Marka Mənsubiyyəti Araşdırması” ilə bağlı növbəti sorğusunu həyata keçirib.

Sorğular Bakı şəhəri də daxil olmaqla Azərbaycanı təmsil edən 8 iqtisadi rayonda 1270 respondentlə həyata  keçirilib.

"BI" xəbər verir ki, araşdırmada deyilir:  

““Beta Tea” Azərbaycanlılıarın ən çox üstünlük verdiyi çay markasıdır. Araşdırma nəticələri göstərir ki, orta hesabla hər 5 evdən ikisində “Beta Tea” çaylarından istifadə edilir. Siyahıda 2-ci olaraq “Berga” brendi gəlir. Üçüncü yerdə isə siyahını hər 5 evdən birində rast gəlinən “Azərçay” davam etdirir (20.9%). Sorğuya cəlb olunanlar evlərində mövcud olan 36 adda qara çay markasını qeyd ediblər. Evlərdə olan bu markaları Azərbaycanda ən böyük çay idxal/istehsalçısı olan 2 şirkət (“Beta” MMC və “Azərsun Holdinq”) arasında böldükdə məlum olur ki, hər iki şirkət demək olar ki, bərabər paya malikdirlər. Beləki, bu bölgüyə əsasən evlərdə olan markalar arasında “Beta” şirkətinin (“Beta””Champion”, “Xəzər” və s.) payı 41.3%, “Azərsun Holdinq”in (“Berqa”, “Azərçay”, “Final" və s.) payı isə 41.2%-dir. Çay brendlərinin Azərbaycan üzrə istehlak xəritəsinə baxdıqda məlum olur ki, yalnız Dağlıq-Şirvan iqtisadi rayonunda və Şəki-Zaqatala iqtisadi rayonlarını çıxmaq şərti ilə Bakı şəhəri daxil qalan iqtisadi rayonların hamısında “Beta Tea” daha çox istifadə edilir. Dağlıq-Şirvan iqtisadi rayonunda “Beta Tea” və “Champion” demək olar ki, eyni səviyyədə istifadə edilir (ilk yerləri bu iki marka bölüşür) və Şəki-Zaqatala iqtisadi rayonunda isə “Final” “Beta Tea”ni az fərqlə də olsa qabaqlayır (1-ci yerdə “Final”, iknici yerdə isə “Beta Tea”dir).Amma maraqlı bir tapıntı ondan ibarətdir ki, əhalinin gəlir səviyyəsi artdıqca “Beta Tea”ni “Berga”ya dəyişənlər artır. Keçən ilki nəticələrdən müşahidə olunur ki, “Beta Tea” mövqeyini 6.6% möhkəmlədib (2018 -30.8% ; 2019 – 37.4%), “Champion”un isə mövqeyini “Azərçay”a uduzub (2018 – “Champion” -14.4%; “Azərçay” – 14,3% : 2019 –“Champion” -17.9%; “Azərçay”-20.9%).


 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)