ENA+

Marketlərdə "əl yandıran" xurma - QİYMƏTLƏRİ

Ramazan ayının gəlməsi ilə əlaqədar paytaxt mağazalarında xurmanın satış həcmi artıb. Əhali arasında tələbat artdığına görə, mağazalar müxtəlif adda xurma çeşidlərini satışa çıxarıblar.

Bakıdakı "Araz", "Bazarstore", "Bravo" və "Bizim Market" mağazalarında xurmanın qiymətini araşdırılıb. Son bir həftə ərzində bir çox xurma çeşidləri yüksək qiymətləri ilə diqqət çəkib.

Qeyd edilən mağazalarda ən bahalı xurma növü Mədinə xurması, ən ucuz isə İran xurması olub. Araşdırmaya əsasən Mədinə xurması üzrə ən yüksək qiymət "Bravo" mağazalar şəbəkəsində qeydə alınıb. Belə ki, sözügedən xurma növünün 1 kiloqramının qiyməti "Bravo"da 30AZN-ə yaxın (29,97) olub.

"Bazarstore"da isə bu xurma növü 28 AZN-ə, "Araz" marketdə 13,9 AZN-ə, "Bizim" marketdə isə 14,99 AZN-ə satılır. Qeyd edək ki, "Bazarstore" Mədinə xurması üzrə qiymətləri 1,6 dəfə (10 manata yaxın) artırıb. Belə ki, 1 həftə öncə "Bazarstore"da 18,06 AZN olan xurmanın qiyməti 28 AZN-ə çatıb.

Bir digər xurma növü olan Tunis xurmasının 1 kiloqramının qiyməti isə "Bazarsore"da 6,45 AZN, "Araz" marketdə 5,99 AZN qeydə alınıb.

İsrail xurmasının 1 kiloqramı "Bravo"da 27,9 AZN, "Bazarstore"da 28,81 AZN-ə satılıb. İran xurmasının 1 kiloqramı isə "Araz" və "Bizim" marketlərdə 4,99 AZN olub.

Qutu ilə satılan xurma çeşidlərinin qiyməti isə AZN və 24 AZN arasında dəyişir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)