SOCAR daha bir zavod açdı

Dövlət Neft Şirkəti (SOCAR) Bakıda daha bir müəssisə təsis edib.
"Bİ" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, Qaradağ rayonunda açılan yeni müəssisə Metanol Zavodudur.
Şirkət bu il sentyabrın 5-də rəsmi qeydiyyata alınıb. Zavodun nizamnamə kapitalı 5 min manatdır.
Metanol Zavodunun hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, ev 22, 22-ci km qeyd olunub. Şirkətin qanuni təmsilçisi Mustafayev Elnur Elşad oğludur.