Apple şirkəti App Store'dakı ödənişli reklamlardan nə qədər pul qazanır?
2016-cı ildən bəri App Store-da ödənişli elanlar göstərilir.
"Bİ"Bernstein şirkətinin analitiki Tonni Sacconaghi-nin fikrincə 2020-ci ildə bu biznes Apple şirkətinə 2 milyard dollar gəlir gətirəcək. Analitik həmçinin qeyd edib ki, 2 milyard dollar minimal göstəricidir. Apple şirkəti ya bu göstəriciyə nail olacaq yada həmin göstəricini geridə qoyaraq daha çox gəlir əldə edəcək. Bu isə öz növbəsində App Store, Apple Music, iTunes, Apple Books və iCloud servislərinin daxil olduğu “Xidmətlər” bölməsinin Apple şirkətinə 49 milyard dollar gətirəcəyinə imkan verəcək.
Analitikin sözlərinə görə Apple bu il ödənişli elanlar sayəsində 500 milyon dollar gəlir qazanacaq. 2020-ci ildə App Store servisinin reklam şöbəsindən əldə olunacaq gəlir 2017-ci ildə Apple Music vasitəsilə əldə olunmuş gəlir ilə eyni səviyyədə olacaq. Qeyd etmək lazımdır ki, ödənişli reklam elanları ilk öncə ABŞ-da aktiv idi. 2017-ci ildən başlayaraq Apple şirkəti bu biznesi İngiltərə, Avstraliya və Yeni Zellandiyada aktiv etdi. Bu il isə bu biznesin aktiv olduğu ölkələr sırasına Avropa və Asiyadan olan bir sıra ölkələr əlavə olundu.