Bakıda qiyməti 12 800 dollar olan liftlər quraşdırılacaq
"İlin sonunadək Bakıda 541 liftin quraşdırılması planlaşdırılır".
"BI" xəbər verir ki bunu Bakı Lifttəmir İstehsalat Birliyinin sədri Xalid Ələkbərov deyib.
O qeyd edib ki, növbəti mərhələdə liftlər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində quraşdırılacaq: "Məqsəd istifadəyə yararsız liftlərin yeniləri ilə əvəzlənməsidir".
X.Ələkbərov bir liftin qiymətinin 12 800 ABŞ dolları olduğunu deyib.

















