Nəqliyyat

Bakının iki mərkəzi küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakı şəhərinin Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət küçəsindən İsfəndiyar Zülalov küçəsinədək olan hissədə) və Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək olan hissədə) asfalt-beton örtüyünün yenilənməsi işləri aparılacaq.

Bu barədə AAYDA məlumat yayıb.

Təmir işləri aşağıdakı tarixlərdə həyata keçiriləcək:
• 8 may saat 22:00-dan 9 may saat 23:00-dək;
• 10 may saat 22:00-dan 11 may saat 23:00-dək.

Aparılan işlərlə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)