Yelo Bank ilə bağlı Mərkəzi Bank sədrindən açıqlama
Azərbaycanda fəaliyyət göstərən Yelo Bank ilə bağlı hazırda hər hansı problem qeydə alınmayıb.
Bu barədə Taleh Kazımov bildirib. Onun sözlərinə görə, bankın dayanıqlılığı qənaətbəxşdir və fəaliyyətində ciddi risklər müşahidə edilmir.
AMB sədri qeyd edib ki, müəyyən dövrdə ödənişlərdə çətinliklərin yarana biləcəyi ilə bağlı ehtimallar olsa da, bankla daimi əlaqə saxlanılır və hazırda heç bir problem yoxdur. O əlavə edib ki, bütün proseslər hüquqi çərçivədə tənzimlənir.
T.Kazımov həmçinin vurğulayıb ki, Avropa İttifaqı qarşıdakı aylarda bu məsələ ilə bağlı qərarını dəyişə bilər.
Qeyd edilib ki, Yelo Bank-ın Rusiya banklarından biri ilə mesajlaşma proqramına qoşulması Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl baş verib və bu səbəbdən əlavə risk yaradan amil kimi qiymətləndirilmir.


















