ABB Özbəkistanda bank aldı
Azərbaycanın dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankı Özbəkistan bazarına daxil olub.
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib ki, ABB Özbəkistanın Davr Bank üzərində nəzarət paketini əldə edib.
Beləliklə, ölkədə fəaliyyətini “ABB Davr Bank” adı altında davam etdirəcək yeni bank formalaşıb.

















