ENA+

SWIFT-in direktoru dəyişəcək

Banklararası pul köçürmələri sisteminin hazırkı baş direktoru Gottfrid Laybrandt iyun ayında istefaya gedir.

"Businessinsider.az" xəbər verir ki, 1 iyuldan etibarən SWIFT banklararası pul köçürmələri sisteminin baş icraçı direktor vəzifəsini Javier Perez-Tasso icra edəcək. Onun namizədliyi sistemin idarə heyəti tərəfindən təsdiq olunub.

Banklararası transfer sisteminin hazırkı icraçı direktoru Gottfrid Laybrandt, 2018-ci ilin sonunda istefaya gedəcəyini açıqlama verib: o, cari ilin iyun ayında vəzifəsindən ayrılmaq niyyətindədir.

“SWIFT, Javier Perez-Tasso-nun SWIFT-in baş icraçı direktoru vəzifəsinə təyin olunduğunu elan edir. Son yeddi il ərzində, o, SWIFT icra Komitəsinin üzvü olmaqla yanaşı, Şimali, Cənubi Amerika və Birləşmiş Krallığı regionları üzrə baş icraçı direktor vəzifəsini icra edir”, – şirkət bildirib.

Xavier Perez-Tasso 1995-ci ildən SWIFT-də işləyir. 2015-ci ilin sentyabrında Şimali, Cənubi Amerika və Birləşmiş Krallıq regional bölməyə rəhbərlik edir. 2016-cı ildən 2018-ci ilə qədər Perez-Tasso həmçinin SWIFT CSP müştəri təhlükəsizliyi proqramının icra sponsoru vəzifəsində işləmişdir: kibertəhlükəsizliyə qarşı artan təhdidlərə qarşı mübarizə strategiyasının hazırlanması və həyata keçirilməsinə rəhbərlik etmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)